AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.
Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.
Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.
Qeyd edək ki, K.Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.