Misli Premyer Liqasının 5-сi turunda "Səbail"i 1:0 hrsabı ilə məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikurkərini bölüşüb.
Fanat.Az xəbər ki, o, belə danışıb:
"Oyuna pis başladıq. Ilk 15 dəqiqədə üstünlüyü rəqibə verdik. Mübarizələri uduzurduq. Sonra toparlandıq. 1-dən çox wol vura bilərdik. İkinci hissədən ümumiyyətlə razı qalmadım. Səbəblərini araşdıracağıq. Ola bilsin ki, qol buraxmaqdan qorxurduq. Niyə belə oynadığımızı müəyyənləşdirməli, çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, nəticə vacibdir. Bu gün də qələbə qazandıq. Ancaq oyundan tam razı qalmadığım üçün bundan tam şəkildə zövq almadım. Əsas odur ki, azarkeşlər sevindilər".
Nihat