AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VI turunun oyunları ilə bağlı cəzaları açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 5 görüşdən 2-si ilə bağlı ölçü götürülüb.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi 800 manat cərimə edilir.
“Şamaxı” – “Sumqayıt” oyununda isə hər iki tərəf "qarmağa keçib". Meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ediliblər. “Sumqayıt” isə futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozmasına görə 500 manat ziyana düşüb.