
Misli Premyer Liqasının 7-ci turunda "Araz-Naxçıvan"ı qəbul edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra (1:2) təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:
"Düşünürəm ki, "Araz-Naxçıvan" qələbəyə daha layiq idi. Komanda şəklində sonadək mübarizə apardılar. Biz bu oyundan nəticələr çıxarmalıyıq. Paltardəyişmə otağında bu barədə danışacağıq. Roderik Millerin zədələndiyi epizodda rəqibə qırmızı vərəqə verilməli olub-olmadığını dəqiq deyə bilmərəm. Hakim belə qərar veribsə, razılaşmalıyıq. Hər hansı kənar problemlər yoxdur. Bu problem bizim problemdir.
Aleksin yoxluğu hiss olunurdu. Çünki yaradıcı hücumçudur. Bu oyun cari mövsüm ən çox narazı qaldığım oyun oldu. Çox şey planlaşdırsaq da, həyata keçirə bilmədik.
"Neftçi"dən ayrılan Qara Qarayevlə maraqlanırıq? Bu haqda ilk dəfə sizdən eşidirəm".
Nihat