14:11 13.03.2025 841

Millinin bu heyəti nə vəd edir? - Nə "Araz-Naxçıvan"dan oyunçu var, nə də "Turan Tovuz"dan

Azərbaycan millisinin martın 22-də Haiti, 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub. Baş məşqçi Fernandu Santuş AFFA-nın inzibati binasında bu gün təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb. Heyəti nəzərədən keçirmək dəmidir.

Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq seçməyə aşağıdakı oyunçuları dəvət edib:
 
1. Rza Cəfərov - Neftçi
2. Şahrudin Məhəmmədəliyev - Qarabağ
3. Aydın Bayramov - Zirə
4. Amin Seydiyev - Sabah
5. Mert Çelik - Səbail
6. Bəhlul Mustafazadə - Qarabağ
7. Bədavi Hüseynov - Qarabağ
8. Rahil Məmmədov - Radomiak Radom (Polşa)
9. Zamiq Əliyev - Eqnatia (Albaniya)
10. Rəhman Daşdəmirov - Sabah
11. Elvin Cəfərquliyev - Qarabağ
12. Aleksey İsayev - Qarabağ
13. Coşqun Diniyev - Çorum (Türkiyə)
14. Elvin Camalov - Neftçi
15. Şahin Şahniyarov - Qəbələ
16. İsmayıl İbrahimli - Zirə
17. Səbuhi Abdullazadə - Sumqayıt
18. Ozan Can Kökçü - HJK (Finlandiya)
19. Toral Bayramov - Qarabağ
20. Nəriman Axundzadə - Qarabağ
21. Xəyal Əliyev - Sabah
22. Renat Dadaşov - Radomiak Radom (Polşa)
23. Ağadadaş Salyanski - Neftçi
24. Mahir Emreli - Nürnberq (Almaniya)
25. Musa Qubanlı - Qarabağ

Sentyabra hazırlaşmaq üçün

Əlbəttə, Santuşun yoldaşlıq görüşləri üçün sərəncamında görmək istədiyi heyət müxtəlif variantları nəzərdən keçirmək, komandanı DÇ-2026-nın sentyabrda start götürəcək seçmə mərhələsinin oyunlarına hazırlamaq üçündür. Əcnəbi çalışdırıcının Birinci Liqada çıxışını izlədiyi "Qəbələ"nin 20 yaşlı yarımmüdafiəçisi Şahin Şahniyarova şans vermək fikrinə düşməsi futbol ictimaiyyəti üçün maraqlı və bir qədər gözlənilməz qərardırsa, "Neftçi"nin gənc hücumçusu Ağadadaş Salyanski də yığmada debüt fürsəti qazanıb. "Ağ-qaralar"ın təcrübəli yarımmüdafiəçisi Emin Mahmudovun kənarda qalmasının səbəbi hazırda zədəli olmasıdır. Digər adlara diqqət yetirsək, siyahıda qeyri-adi nəsə yoxdur. Baş məşqçi çox da geniş olmayan seçim imkanından faydalanıb. Haiti və Belarus yığmalarına qarşı 3 gün fərqlə keçiriləcək qarşılaşmalarda kimin "start 11-lik"də, kimin ehtiyat oyunçular skamyasında olacağı ilə bağlı indidən dəqiq nəsə demək də çətindir. Təbii ki, Santuş hər oyunda fərqli heyətlərdən istifadə edə və ya Belarusla matçda da "onurğa"nı dəyişməyə bilər. Bu yöndə nəyin necə olacağını zaman göstərəcək.

Kənarda qalanlar da var, amma...

Şübhəsiz, kimin yığmaya dəvət edilməsinə baş məşqçi qərar verir. Razılaşaq ki, siyahıya baxarkən hansısa oyunçunun kənarda qaldığı üçün dərin təəssüf hissi keçirmək olmur. Tutaq ki, "Səbail"dən Rüfət Abdullazadənin millidə olmaması mübahisəli məqamdır. Hərçənd cari mövsüm Misli Premyer Liqasında (MPL) çıxdığı 24 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Rüfətin komandasının autsayder mövqeyində qərarlaşması da faktdır. Bundan başqa, 24 yaşlı vingerin ampluasındakı ciddi rəqabət də vurğulanmalıdır. Türkiyənin 1-ci divizion təmsilçisi "Boluspor"da top qovan Vüsal İsgəndərlinin heyətə düşməməsi yəqin ki, klubundakı performansının qeyri-qənaətbəxş olması ilə bağlıdır. Vüsal Bolu təmsilçisində son vaxtlar adətən 5-10 dəqiqə meydanda olur. Bu ilin yanvarında Ukrayna Premyer Liqasında klubunu dəyişən, "Polessye"dən "Çernomorets"ə keçən yarımmüdafiəçi Emil Mustafayevin Santuşa lazım olmamasına gəlincə, sözügedən futbolçunun cari mövsüm 12 çempionat qarşılaşmasında 1 məhsuldar ötürmə ilə diqqət çəkməsi acı reallıqdır. Emilin performansının gəlmə mütəxəssisi qane etmədiyi bəlli həqiqətdir. "Şamaxı"da ortaya qoyduğu futbolla diqqətləri üzərində çəkən 19 yaşlı Edqar Adilxanovun əsas millidə debüt imkanı qazanmaması da müzakirəyə açıq məqamdır. Bu da var ki, MPL-in 26 turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edən "aslanlar"ın baş məşqçisi Ayxan Abbasov həmin matçın mətbuat konfransında yeganə qola imza atan Adilxanovun əsas yığmada oynamaq vaxtının hələ çatmadığını, hücumameyilli yarımmüdafiəçinin öz üzərində bir qədər də işləməli olduğunu bildirib. "Zirə"nin kapitanı Qismət Alıyevin sabit çıxış fonunda belə desək, 70 yaşlı çalışdırıcının ürəyini fəth etməyi bacarmaması isə sadəcə, zövq məsələsidir. Görünən budur ki, gələcəyin komandasını qurduğunu deyən Santuş müdafiənin sağ cinahında Amin Seydiyev və Mert Çeliki oynatmaq niyyətindədir. "Zirə"nin digər futbolçusunun - hücumçu Rüstəm Əhmədzadənin qarşısını isə böyük ehtimalla, zədədən yeni dönməsi, hələ tam formaya düşməməsi kəsib.    

Nə "Araz-Naxçıvan"dan kimsə var, nə də "Turan"dan

Santuşun MPL-in turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Araz-Naxçıvan" və 4-cü yerdəki "Turan Tovuz"dan heç kimə dəvət göndərməməsi də diqqətçəkən məqamdır. Medallar və avrokuboklar uğrunda mübarizə bu iki komandadan heç bir futbolçunun milliyə çağırılmaması müxtəlif suallara meydan verir. Bu suallar ətrafında müzakirələr aparmaq artıq ayrıca yazı mövzusudur. "Şamaxı" və "Kəpəz"dəki yerlilərin real potensialını incələsək, bu komandalardan seçmədə heç kimin olmaması təəccüblü deyil. Yuxarıda qeyd etdiyimiz kimi, başqalarından bir baş üstün görünən yalnız Adilxanovdur.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X