
1-ci Liqa təmsilçisi "Mingəçevir"i daha bir futbolçu tərk edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, yarımmüdafiəçi Taleh Fərmanovdur.
22 yaşlı Fərmanovun karyerasını harada davam etdirəcəyi indilik dəqiqləşməsə də, onun Vüqar Nadirovun çalışdırdığı 2-ci Liqa komandası "Şəmkir"ə keçmək ehtimalı daha realdır.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa