17:50 31.07.2025 1257

"Şkendiya" Azərbaycan komanadalarının "Qarabağ"a qarşı oynadığı kimi oynayacaq" - Aslan Kərimov

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə 3:0 hesabı ilə yendiyi "Şelburn"u qəbul etdi. Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesablı qələbə qazanan Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinə yüksəldi. Azərbaycan çempionu bu mərhələdə Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdıran "Şkendiya" (Şimali Makedoniya) ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Qarabağ"ın "Şkendiya" ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzü, 3:0 hesablı səfər qələbəsindən sonra növbəti mərhələyə hansı komandanın adlayacağı bəlli idi. İrlandiyadakı matçın ardından komandamızda hər şeyin ideal olmadığını vurğulamışdım. Bakıdakı qarşılaşmada da hələ arzulanan səviyyəyə çatmadığımız aşkar sezildi. Bu məqama baş məşqçi Qurban Qurbanovun özü də toxundu. "Şelburn"un futbolçuları lazımi şəkildə pressinq tətbiq edə bilmədilər. Ya uçuşdan sonar yorğun idilər, ya da hava şəraiti buna imkan vermədi. Çünki birinci qarşılaşmanın müəyyən bölümlərində yaxşı pressinqlə yadda qalmışdılar. İkinci hissənin ortalarında onların qol imkanları olsa da, Bakıdakı matçda oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Rəqib 5 müdafiəçi ilə oynayırdı. Müdafiənin önündə qərarlaşan 3 yarımmüdafiəçi də "Qarabağ"ın hücumlarının qarşısını kəsməyə çalışırdı. Qonaqların iki hücumçusu da bəzən özlərinin cərimə meydançasının yaxınlığında gözə dəyirdi. Topu aldıqları zaman effektli hücum qura bilmirdilər. Uzun ötürmələrdən istifadə etməyə çalışsalar da, futbolçularımız, xüsusilə, mərkəz müdafiəçilərimiz bu planın həyata keçməsinə mane olurdular. Əlbəttə, belə sıx müdafiə olunan rəqibə qol vurmaq asan məsələ deyil. Çoxları "Qarabağ"a yeni hücumçu lazım olduğunu, Nəriman Axundzadənin bu işi görə bilmədiyini deyirlər, amma belə deyil. Nərimanın yerində başqa hücumçu da olsaydı, belə kompakt müdafiə olunan rəqibə qol vurmağa çətinlik çəkərdi. Futbolu bilmək, düzgün yanaşmaq lazımdır. Belə matçlarda hücum edən tərəfin vingerləri və yarımmüdafiəçilərinin fərqlənmək ehtimalı daha yüksək olur. Gördüyünüz kimi, qeydə alınan yeganə qolu da özləri vurdular. Yəni hücumçuları qınamaq doğru deyil. Məncə, son oyunda hücumçularla bağlı problem yox idi. Forvardlar kifayət qədər yaxşı oynadılar. Hə, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsə, böyük komandalara qarşı hansısa təcrübəli hücumçudan istifadə etmək planı qurula bilər, ancaq qrupa qədər yeni forvarda ehtiyac yoxdur. 

"Şkendiya" ilə oyunlara gəlincə, onların FCSB ilə oyunlarını izləmişəm. Rumıniya təmsilçisi ilə qarşılaşsaydıq, bizim üçün daha ağır olacaqdı. FCSB həqiqətən güclü bir kollektivdir. Şimali Makedoniya təmsilçisinə qarşı ev oyununda (1:2) dominant futbol sərgiləyərək boşluqlar verirdilər. Öz meydanındakı görüşdə 1:0 hesablı qələbə qazanan "Şkendiya" müdafiədən oynayırdı. Mərhələni keçən tərəf olsalar da, bu kollektivi FCSB-dən üstün saymıram. Bəlkə də bu, rumınların rəqibə yuxarıdan aşağı baxmasının nəticəsidir. Ötən mövsüm Avropa Liqasının Liqa mərhələsində FCSB-nin "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlməsinin əsas səbəblərindən biri yaxşı müdafiə olunmaları, standart vəziyyətlərdən yaxşı istifadə etmələri idi. Əslində, "Şkendiya"ya da standart vəziyyətlərdən qol və ya qollar vura bilərdilər. Qapıçı inamlı qurtarışları ilə komandasını bir neçə dəfə real qoldan xilas etdi. "Şkendiya" Azərbaycan komanadalarının "Qarabağ"a qarşı oynadığı kimi oynayacaq. Rəqibdən müdafiəyəmeyilli futbol gözləyirəm. Geridən oynayaraq təmsilçimizin səhvlərindən faydalanmağa çalışacaqlar. Düşünürəm ki, "Qarabağ" "Şkendiya"nın öhdəsindən gələcək. Təmsilçimiz belə komandalara qarşı necə oynamaq lazım olduğunu bilir və rəqib müdafiəsini yara biləcək səviyyəli cinah hücumçularına sahibdir".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
15:15

Meksikalı əfsanə karyerasını başa vurdu

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X