16:59 17.09.2025 1343

"Benfika" müdafiədə həddindən artıq riskli oynayırdı" - Aslan Kərimov

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində Portuqaliyada "Benfika"nı üstələdi. İlk 16 dəqiqədə 2 qola üzülən Azərbaycan çempionu mümkünsüz görünəni etdi və inanılmaz geridönüşlə 3:2 hesablı tarixi zəfərə imza atdı. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb Lissabondakı matçı şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"İlk dəqiqələrdə rəqibin iki qol vurması bizim üçün şok idi, amma biz də fasiləyədək qollardan birinin əvəzini çıxa bildik. Leandro Andradenin yarım saatın tamamında rəqib qapısına yol tapması "Benfika"nı bir qədər sarsıtdı. Meydan sahibləri bəzən yarımmüdafiə xəttimizi rahatlıqla keçə bilirdilər, lakin sıx müdafiə olunduğumuz üçün son nöqtəni qoymağı bacarmırdılar. 0:2-dən sonra 3:2 hesabı ilə qalib gəlmək sözsüz ki, oyunçuların mübarizliyi anlamındadır. Futbolçularımız çox vuruşdular, çox qaçdılar. Düzdür, bəzi alınmayan alınmayan elementlər də oldu. Məsələn, biz əks-hücumlara çıxarkən rəqibi bəlkə də iki-üç dəfə cəzalandıra bilərdik, lakin həmlələrimiz yarımçıq qaldı. Müdafiədə mükəmməl deyildik, yenə yaralı yerimiz olan standart vəziyyətlərdən qol buraxdıq. Əvəzində, "Benfika"nın 21 yaşlı müdafiəçisinin yer aldığı cinahdan uğurla faydalandıq. Oyundan öncə də fikirlərim belə idi ki, "Qarabağ"ın bu görüşdə kifayət qədər qol imkanları olacaq. Çünki rəqibin daha öndə oynayacağı bəlli idi. Gözləntilərimiz özünü doğrultdu. "Benfika" müdafiədə həddindən artıq riskli oynayırdı. Portuqaliyalılar birinci zonada kombinasiyalı hücumlar təşkil etməyə çalışırdılar. İlk yarıdakı epizodların birində "Benfika"nın müdafiə xəttinə təzyiq edərək topu ələ keçirsək də, təəssüf ki, ilk yarıda ikinci qolu vura bilmədik. Kadinin zərbəsindən sonra top dirəkdən qayıtdı. Əlbəttə ki, Portuqaliya komandası hücumlar quran zaman müdafiənin arxasında boşluqlar yaranırdı. Xüsusilə "Benfika"nın sağ cinahında belə boşluqlar yarandığı görünürdü. Hesaba tarazlıq gətirəndən sonra imkan tapıb üçüncü qolu vurduq və tarixi qələbə qazandıq. Çempionlar Liqasındakı sonrakı matçlar da bu qədər çətin olacaq. "Kopenhagen"lə ev oyununda da qol imkanları yaradacağıq və mənə elə gəlir ki, "Danimarka" komandası da bizə çətinliklər yaradacaq".

Nihat   

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:48

KL: "Neftçi" fasiləyə öndə yollanır - YENİLƏNİR

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

Facebookdan bizi izləməyi unutmayın.
X