21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan təmsilçimiz Çexiyanın uyğun yaş qrupundan ibarət komandası ilə səfərdə üz-üzə gəlib.
Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-21 qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.
Komandamız daha öncə Portuqaliyaya da 0:5 hesabıyla uduzmuşdu. Bolqarıstanla ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Nihat