
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, 9-cu qrupda yer alan təmsilçimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrail seçməsi ilə qarşılaşacaq.
“Park de Sport” stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.
Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
İsrail (U-17) – Azərbaycan (U-17)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)