
"Qarabağ" sabah İtaliyada "Napoli"yə qarşı keçirəcəyi matçda - UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun oyununda dəstəksiz qalmayacaq.
Bu barədə Fanat.Az-a "köhlənlər"in sözçüsü Anar Hacıyev məlumat verib.
Klub rəsmisi Azərbaycan təmsilçisini 1100 azarkeşin uğura səsləyəcəyini bildirib.
"Napoli" - "Qarabağ" qarşılaşması noyabrın 25-dən 26-na keçən "Dieqo Armando Maradona" stadionunda reallaşacaq. Matçın start fiti 00:00-da səsləndiriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi ÇL-in əvvəlki 4 turunda 7 xal toplayıb. Təmsilçimiz Neapola dünən axşam saatlarında yollanıb.
Nihat