
"Mançester Siti" UEFA Çempionlar Liqasında son 14 ev oyununda ilk dəfə Almaniya komandasına uduzub.
Fanat.Az "Stata Football"a istinadən xəbər verir ki, bu, turnirin əsas mərhələsinin 5-ci turunda ötən gün baş tutan "Bayer Leverkuzen" (0:2) ilə görüşdə qeydə alınıb.
"Şəhərlilər" son dəfə 2013-cü ildə indiki baş məşqçiləri Xosep Qvardiolanın rəhbərlik etdiyi "Bayern Münhen"ə yenilmişdilər. O vaxtdan bəri İngiltərə klubu Almaniya komandalarına qarşı keçirdiyi oyunlarda 13 qələbəyə sevinmişdi.
Qeyd edək ki, ÇL-in finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.