
Misli Premyer Liqasının 13-cü turunda Yevlaxda "Kəpəz"in qonağı olacaq "Zirə" oyuna itkilərlə çıxacaq.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Komandanın kapitanı Qismət Alıyev ötən tur 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşdüyü üçün Yevlaxdakı qarşılaşmanı kənardan izləyəcək. Hücumçu Davit Volkov isə zədə səbəbindən "Kəpəz"ə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, "Kəpəz" - "Zirə" qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat