
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində Qubada "İmişli"nin qonağı olacaq "Sabah" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Zinəddin Uld Xaled, Pavol Şafranko, Boyan Letiç və Cesse Sekidika zədə səbəbindən "İmişli"yə qarşı oyunu kənardan izləyəcəklər".
Qeyd edək ki, "İmişli" - "Sabah" qarşılaşması dekabrın 3-də keçiriləcək. Qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək. Masazır təmsilçisi mübarizəyə 1/8 finaldan başlayacaqsa, "İmişli" 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası "Qaradağ Lökbatan"ı 3:2 hesabı ilə üstələyib.
Nihat