
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"i qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Uzun müddətə sıradan çıxdıqları öncədən bilinən Rahil Məmmədovla Əyyub Allaşın oynamayacaqları dəqiqdir. Şarl Bolinin yüngül zədəsi var. Meydana çıxa da bilər, çıxmaya da. Baş məşqçinin qərarından asılıdır. Mikrozədə ilə üzləşən digər oyunçunun - Felipe Santosun durumu daha yaxşıdır. Santosun "Kəpəz"ə qarşı mübarizə aparacağı gözlənilir".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" matçı dekabrın 4-də keçiriləcək. "Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat