
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Qəbələ"nin qonağı olacaq "Şəfa"nın futbolçusu Ürfan İsmayılov oyunla bağlı fikirlərini bölüşüb.
Yayda Bakı təmsilçisinə məhz "Qəbələ"dən transfer olunan mərkəz yarımmüdafiəçisi Fanat.Az-a danışıb:
"Oyuna yaxşı hazırlaşmışıq. Özümüzə inanırıq. Əlbəttə, "Qəbələ" Premyer Liqa komandasıdır. Səviyyəli, keyfiyyətli futbolçulardan qurulmuş kollektivə qarşı mübarizə aparacağıq. Düzdür, qarşımıza kubokla bağlı konkret hədəf qoyulmayıb. Yəni bizdən onları mübarizədən kənarlaşdırmaq tələb olunmur. Buna baxmayaraq, uğur qazanmaq üçün bacardığımızı edəcəyik. Hər birimizdə qələbə istəyi var".
Qeyd edək ki, "Qəbələ" - "Şəfa" qarşılaşmasının start fiti 15:00-da səsləndiriləcək.
Nihat