
Rusiya "Torpedo"su azərbaycanlı futbolçu Sadiq Baqiyevi heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı yayıb.
Moskva təmsilçisi U-19 millimizin sabiq üzvü ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi 1-ci divizion təmsilçisində 66 nömrəli formanı geyinəcək.
Sadiq Baqiyev karyerası ərzində “Kuban-Holdinq”, “Spartak”(Tambov), “SKA-Xabarovsk” klublarında çıxış edib.