
Qanalı futbolçu Con Anaadem karyerasını Azərbaycanda davam etdirəcək. 18 yaşlı futbolçu "Baku Sportinq"lə müqavilə bağlayıb.
Bu barədə Fanat.Az-a ev oyunlarını Buzovnada keçirən komandanın məşqçisi Röyal Nəcəfov məlumat verib:
"Con perpektivli futbolçudur. Baxışda idi. Özünü yaxşı tərəfdən göstərdiyi üçün müqavilə bağladıq. Sağ cinah müdafiəçisi və vinger mövqeyində oynayır".
Qeyd edək ki, "Baku Sportinq" 1-ci Liqanın turnir cədvəlində 25 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Şəfa"nın isə 30 xalı var.
Nihat