
Əvəzedicilər Liqasının XV turunda "Qarabağ" azarkeşlərini arenaya buraxmayan "Neftçi" klubu cərimələnib.
Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.
"Ağ-qaralar"ın bu davranışı onlara 200 manata başa gəlib. Bundan başqa, sözügedən matçda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 70 manat cərimə edilib.