
Azərbaycan II Liqasında XXIII tur davam edir.
Fanat.Az xəbər verir ki, "6-lığ"ın ilk oyunlarına bu gün yekun vurulub
Liderlər ikinci oyun günündə meydana çıxıblar. "Xankəndi" "Dinamo"nu, "Qaradağ Lökbatan" isə "Şəmkir"i məğlub edib. Bürünc medallar uğrunda mübarizə aparan "Şirvan" və "Quba" isə ikincilərin meydanında üz-üzə gəliblər. Görüş "Şirvan"ın inamlı qələbəsi ilə yekunlaşıb.
Turun ötən gün baş tutan görüşlərində "Ağstafa Gəncləri" "Ağdaş"ı səfərdə 1:0, "Kür-Araz" isə "Göygöl"ü evdə 2:0 hesabı ilə üstələyib.
Azərbaycan II Liqası
XXIII tur
20 aprel
“Xankəndi” – “Dinamo” 2:1
Qollar: Emin Quliyev, 13. Bəhruz Teymurov, 90+2 – Fizuli Dəmirov, 88.
Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev
Hakim-inspektor: Anar Salmanov
AFFA müalicə: Bəhram Qurbanov
Şamaxı OİK stadionu
“Quba” – “Şirvan” 3:1
Qollar: Ramin Məhərrəmov, 19. İbrahim İbrahimli, 41. Raul Zeynallı, 58 – Qərib İbrahimov, 84.
Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA: Rüfət Əmirov
Quba OİK stadionu
“Şəki Siti” – “Araz Saatlı” 1:8
Qollar: Saleh Süleymanov, 39 – Elariz Xəlilli, 4; 24; 67, Xəyal Bədirov, 11. Mehman Məsimov, 43; 68; 81. Nizami Səmədov, 83.
Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA: Mahal Məmmədov
Zaqatala OİK stadionu
“Qaradağ Lökbatan” – “Şəmkir” 9:1
Qollar: Fərid Abbaslı, 2, Ramil Orucov, 10. Ayaz Mikayılov, 21-pen. Sabir Allahquliyev, 50; 89; 90+1. İlkin Əliyev, 63. İman Müseyibov, 88-öz qapısına. İbrahim Ağayarov, 90+3.
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA müalicəsi: Yavər Rəhimov
Lökbatan OİK stadionu