
1-ci Liqadakı mübarizənin başa çatmasına bir tur qalmış çempionluğu rəsmiləşdirərək "Şəfa"nı elitaya daşıyandan sonra Bakı təmsilçisinin rəhbərliyinin postunda saxlamadığı 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin məşqçilik karyerasını harada davam etdirəcəyi futbol ictimaiyyətini maraqlandıran mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Kərəmli "Şahdağ Qusar"dan təklif alıb.
O, Qusar klubunun rəhbərliyi ilə görüşsə də, tərəflər şərtlərlə bağlı razılığa gələ bilməyiblər. Artıq sözügedən çalışdırıcının yeni mövsümə qarşlsına ciddi hədəflər qoyan bölgə komandasının "sükanı arxası"nda başlamayacağı dəqiqdir.
Xatırladaq ki, Kərəmlinin "Şəfa" ilə müqaviləsindəki "+1" bəndinə görə klub ona təzminat ödəməlidir. Tərəflər indilik bu məsələni yoluna qoymadıqları üçün Elgiz bəyin bir müddət öncədən müəyyənləşən xələfinin - "Zirə"nin futbol akademiyasının sabiq koordinatoru Zaur Həşimovun adı ictimaiyyətə rəsmən açıqlanmır.
Nihat