
"Sabah"la vidalaşan Amin Seydiyevin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın güvənmədiyi cinah müdafiəçisi karyerasını "Zirə"də davam etdirəcək.
Seydiyev artıq "qartallar"la müqavilə bağlayıb. Qəsəbə təmsilçisinin keçidi yaxın vaxtlarda açıqlayacağı gözlənilir.
"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur. O, 2020-ci ildən formasını geyindiyi "bayquşlar"ın heyətində 186 matça çıxaraq 7 qolla yadda qalıb.
Toğrul