
"Şahdağ Qusar"ın yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Fizuli Məmmədovla razılığa gəlib.
Yeni baş məşqçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Fizuli Məmmədovun köməkçiləri Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar