
"Kəpəz" klubu qapıçı Məmməd Hüseynovla yolları ayırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Gəncə təmsilçisinin mətbuat xidməti yayıb.
Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında 7 matçda forma geyinib.