
Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.
Fanat.Az xəbər verir ki, məlumatı "qartallar"ın mətbuat xidməti yayıb.
Sözügedən mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Yaqublu 2020-2025-ci illər aralığında "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, "Turan Tovuz"un 3-cü yeri tutaraq vəsiqə qazandığı UEFA Konfrans liqasında iştirakı yasaqlandığı üçün qərblilərin əvəzinə bu mövsüm Azərbaycanı qitəmiqyaslı turnirdə "Zirə" təmsil edəcək.