
"Şəfa"nın sabiq baş məşqçisi Elgiz Kərəmlinin yeni mövsümə harada başlayacağı futbol ictimaiyyətini maraqlandıran mövzulardan biridir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 34 yaşlı mütəxəssis Premyer Liqada işləmək çağırışını müsbət cavablandırmayıb.
Belə ki, "İmişli" onu köməkçi məşqçi vəzifəsində çalışmağa dəvət etsə də, Kərəmli bu varianta razı olmayıb.
Xatırladaq ki, "Şəfa" rəhbərliyi komandanı çempionluğa daşıyan çalışdırıcı ilə ötən mövsümün sonunda vidalaşıb. Onun yerini "Zirə"nin akademiyasının keçmiş koordinatoru Zaur Həşimov tutub.
Toğrul