
Hücumameyilli yarımmüdafiəçi Elşən Abdullayevlə müqavilə yenələyən 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in ötənmövsümkü heyətindən daha 2 oyunçunun komandada qalacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar mərkəz müdafiəçisi Nəbi Məmmədov və Ukrayna vətəndaşı olan hücumçu Elvin Vəliyevdir.
Hər iki futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.
Nihat