
Bu gün UEFA Avropa Liqasında yeni tsikl start götürüb.
Fanat.Az xəbər verir ki, yarışın açılış oyunu Bakıda baş tutub
Azərbaycanı qitənin ikinci klub turnirində təmsil edən "Qarabağ" İslandiyanın "Vestri" komandasını sınağa çəkib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar"ın ev oyununu moldovalı FIFA referisi Roman Jitari idarə edib.
Xatırladaq ki, tərəflər arasında səfərdə keçiriləcək qarşılaşma iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
9 iyul
Qarabağ - Vestri 3:0
Qol: Zakaria Savo, 30. Abdullah Zubir, 45+2. Renaldo Sefas, 86.
Hakimlər: Roman Jitari, Vlad Lifçu, Vadim Vikol, Andrey Brequta (hamısı Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
"Qarabağ": 99 Mateuş Koxalski, 2 Mateus Silva, 55 Bədavi Hüseynov, 4 Bense Varkonyi, 5 Bruno Lanqa, 35 Pedro Bikalyo, 8 Marko Yankoviç, 20 Kadi Borges, 21 Aleksey Kaşuk, 10 Abdullah Zubir, 11 Zakaria Savo.
"Vestri": 1 Steinarsson, 15 Svavarsson, 3 Edson Eduardo Dias Qom, 12 Fete, 22 Qardarsson (K), 10 Haftorsson, 17 Hauksson, 29 Çeşmedciyev, 77 Fall, 6 Balde, 23 Hermannsson.