
"Qarabağ"ın mətbuat xidməti komandanın hücumçusu Kamilo Duranın Şotlandiyan "Seltik"inə keçdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən kolumbiyalı futbolçu 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-off iştirakçısı olub.
"Seltik"in bu keçid üçün Azərbaycan təmsilçisinə 13 milyon manat ödəyəcəyi bildirilir.