
"Kəpəz" təcrübəli yerli futbolçunu heyətinə cəlb etmək istəyir.
Fanat.Az xəbər verir ki, söhbət "Turan Tovuz"dan ayrılan müdafiəçi Şəhriyar Əliyevdən gedir.
Gəncə təmsilçisinin rəsmiləri Özbəkistana yollanmaq variantı olan Şəhriyarla əlaqə saxlayıblar, lakin arxa xətt oyunçusu öncə ölkə xaricindən gələn çağırışı dəyərləndirməyi planlaşdırdığını bildirərək "sarı-göylər"dən vaxt istəyib.
Bu isə o deməkdir ki, 33 yaşlı futbolçu yalnız Özbəkistan klubuna keçidi reallaşmayacağı təqdirdə, "Kəpəz"ə qoşulacaq.
Nihat