
Yeni mövsümə 1-ci Liqada başlayacaq "Karvan Yevlax" yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidməti komandanın Ramiz Məmmədova tapşırıldığını bəyan edib.
57 yaşlı Məmmədov ötən mövsüm "Mingəçevir"i çalışdırıb. "İşıqçılar" onun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsələr də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzublar.