
"Araz-Naxçıvan" heyətinə daha bir futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026/2027 mövsümünü naxçıvanlıların heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir.
O, karyerası ərzində Braziliyanın "Desportivo Braziliya", Portuqaliyanın "Oliveyrense" və "Feyrense" klublarının qapısını qoruyub. Artur Auqusto Da Silva ölkəmizə gəlməmişdən əvvəl İndoneziyanın "Semen Padanq" komandasında çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.