
UEFA-nın məlum qərarı sayəsində UEFA Konfrans Liqasından kənarda qalan "Turan Tovuz" yeni mövsümün hazırlıqlarını davam etdirir. Tovuz təmsilçisinin müdafiəçisi Faiq Hacıyevlə əlaqə saxlayıb toplanışı dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yeni mövsümə yüksək səviyyədə hazırlaşırıq. Gündə iki məşq edirik. Hazırlığın ilk mərhələsi yekunlaşandan sonra qısa istirahıt edəcək, ardından ikinci mərhələyə başlayacağıq. Şükürlər olsun ki, zədəlimiz yoxdur".
Hacıyev avrokuboklardan kənarda qalmalarına da münasibət bildirib: "Artıq Konfrans Liqasına vəsiqə qazandığımız halda, iştirakımıza qadağa qoyulmasını unutmağa çalışırıq. Avrokuboklarda mübarizə aparan bütün komandalarımıza uğurlar arzulayıram. Ölkəmizi qitəmiqyaslı turnirlərdə layiqincə təmsil etmələrini istəyirəm. Yeni ruhla yeni mövsümə hazırlaşırıq. Bu mövsüm avrokuboklara vəsiqə qazanacağımıza inanıram".
Nihat