
Baş məşqçi İlham Yadullayevin rəhbərliyi altında iyunun 20-də Cüdo Federasiyasının təlim-məşq bazasında bir araya gələn 1-ci Liqa təmsilçisi MOİK yeni mövsümün hazırlıqlarını davam etdirir.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, avqustun 1-də ilk sınaq matçına çıxmağı planlaşdıran "hərbçilər" dünən Buzovnada dəniz kənarında çalışıblar.
Artıq ilk sınaqçı rəqibin də adına aydınlıq gəlib. Bu, 2-ci Liqa təmsilçisi "Marafon"dur.
Xatırladaq ki, birinci yoxlama oyunundan 2 gün sonra təlim-məşq toplanışına başlayacaq nazirlik komandası daha sonra 4 yoxlama oyunu keçirəcək.
Nihat