
Macarıstan çempionatında 2-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin yeni qoşulduğu "Kişvarda" səfərdə "Puşkaş Akademiyası" ilə üz-üzə gəlib.
Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nuriyev bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.
Bu qələbə sayəsində "Kişvarda" xallarının sayını 4-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib.
Toğrul