
UEFA Çempionlar Liqasında pley-off mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün növbəti sınağına çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kolektiv pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva" komandası ilə qarşılaşacaq. İlk sınaq Rumıniyanın Buxarest şəhərində baş tutacaq. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.
"Bayquşlar"ın cavab oyunu gələn həftə Bakıda keçiriləcək.
Qeyd edək ki, ÇL-də mübarizəyə ilk mərhələdən başlayan "Sabah" pley-offa qədər Uelsin TNS (2:0, 2:1), Finlandiyanın "KuPS" (1:0, 2:0) və Danimarkanın "Orhus" (1:2, 4:0) kollektivlərini üstələyib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
19 avqust
Hapoel Beer-Şeva (İsrail) – Sabah 1:1 (ikinci hissə)
Qol: Javon İst, 43. - Velko Simiç, 6.
Hakimlər: Davide Massa, Filippo Meli, Alessio Berti, Matteo Marsenaro (hamısı İtaliya).
Buxarest. “Rapid Arena”.
"Hapoel": 1, Markiano, 2 Mizrahi, 4 Migel Vitor (k), 12 Rotman, 5 Pedro Amado, 28 Yehonşa, 25 Ventura, 7 E. Perets, 20 İst, 66 Zlatinoviç, 9 Əhməd.
Ehtiyat oyunçular: 34 Volf, 3 Baltaxa, 8 Kanaan, 11 Qanah, 13 Davidzada, 14 Malede, 18 Levi, 19 Ohana, 23 Hazut, 27 Y. Stoyanov, 44 Diop, 45 Abu Rumi.
"Sabah": 92 Stas Pokatilov (k), 5 Rəhman Daşdəmirov, 3 Stiv Solvet, 27 Timoteuş Puxaç, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 10 Aleksey İsayev, 20 Coy Lens Mikels, 34 Ksander Severina.
Ehtiyat oyunçular: 1 Amin Ramazanov, 94 Rəvan Mirzəmmədov, 4 Aden Makarti, 6 Abdulah Xaybulayev, 8 Kristian Nvaçukvu, 11 Kahim Parris, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 23 Yunes Laşab, 33 Erivaldo Almeyda, 88 Rodriqo Fernandeş, 99 Orfe Mbina.