
Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə 2 görüş baş tutacaq.
Öncə “Qəbələ” “Şəfa”nı qəbul edəcək. Qəbələdə keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Günün digər oyunu “Zirə” və “İmişli” arasında keçiriləcək. Bu oyunda ədaləti Əli Əliyev qoruyacaq.
“Turan Tovuz” – “Şamaxı” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.
Misli Premyer Liqası
2-ci tur
22 avqust
Qəbələ – Şəfa
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.
Zirə – İmişli
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 20:45.