
1-ci Liqanın açılış turunda iddialı MOİK çempionluğa digər namizəd "Şahdağ Qusar"la üz-üzə gələcək. Qusar təmsilçisini Binə qəsəbə stadionunda qəbul edəcək "hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şahdağ Qusar" çempionluğu hədəfləmiş kollektivdir. Baş məşqçiləri yenidir və iddialı komanda qurub. Biz də mövsümə yaxşı hazırlaşmışıq. Tarnsferlər etmişik, iddialı komandamız var. Birinci oyun həmişə çətin keçir. Buna baxmayaraq, "Şahdağ Qusar"la görüşdə meydana 3 xal qazanmaq üçün çıxacağıq. Qələbə qazanmaq mümkün olmasa, minimal hədəf kimi heç-heçə də bizi qane edəcək".
1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. MOİK - "Şahdağ Qusar" qarşılaşması 17:00-da başlayacaq.
Nihat