
Azərbaycanda yeni futbol məktəbi açılır. Sözügedən məktəb Bakının Xətai rayonunda fəaliyyət göstərəcək və Almaniya Regional Liqasında mübarizə aparan "AZ İnternationale Lippstadt" komandasının adını daşıyacaq.
Bu barədə Fanat.Az-a Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov məlumat verib:
"Bildiyiniz kimi, mənə azərbaycanlıların qurduğu "AZ İnternationale Lippstadt"ın baş məşqçi postu təklif olunub. Lakin hazırda işçi vizası ilə bağlı müəyyən məsələlər yoluna qoyulmalıdır. Almaniyaya gedişim bu səbəbdən ləngiyir. Bakıda bu klubun futbol məktəbi açılacaq. Aşılış sentyabrın əvvəlinə nəzərdə tutulub. 6-13 yaş arası uşaqlarla işləməyi planlaşdırırıq. Artıq idnidən müraciət edənlər var. Məktəbə mən rəhbərlik edəcəyəm. Məqsəd burada ümidləri doğruldan uşaqların Almaniyaya göndərilməsidir".
Nihat