
Yeniyetmə stolüstü tennisçilər qarşıdakı yarışlara hazırlığı davam etdirirlər.
Fanat.Az xəbər verir ki, bu məqsədlə Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən növbəti təlim-məşq toplanışı təşkil olunub.
Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışa müxtəlif bölgələrdən 16 istedadlı idmançı qatılıb.
Onlar, bu gündən etibarən, məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi ilə fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar. Hazırlıq prosesinə sentyabrın 1-də yekun vurulacaq.