
Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov Bakıda "Tvente"nin düşərgəsinə baş çəkib.
Fanat.Az xəbər verir ki, məlumatı Esnhede klubunun mətbuat xidməti yayıb.
Niderland təmsilçisi sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"la üz-üzə gələcək.
Cavadov isə 2010/11 mövsümündə formasını geyindiyi "Tvente"nin məskunlaşdığı otelə gedərək Esnhede klubunun rəsmiləri ilə görüşüb.
Sabah keçiriləcək "Qarabağ" – "Tvente" qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasındakı ilk duel "köhlənlər"in 1:0 hesablı qələbəsi ilə bitib.
Toğrul