
"Qəbələ" klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Qəbələ" Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu komandanın əsas heyətində 132 oyun keçirib.