
1-ci Liqa təmsilçisi MOİK-in millilərin oyunları ilə bağlı yaranan fasilə dönəmindəki planları məlum olub.
Bu barədə Fanat.Az-a "hərbçilər"in baş məşqçisi İUlham Yadullayev məlumat verib:
"Xankəndi" ilə oyundan (2:0) sonra futbolçulara istirahət verilmişdi. Bu gündən məşqlərimiz bərpa olunur. İkihəftəlik fasilə dönəmində iki yoxlama oyunu keçirəcəyik. Bəzi zədəli oyunçularımızın bizə kollektiv məşqlərə qoşulacağını gözləyirik. Fasilə həm də yeni futbolçuları daha yaxından tanımaq, sınaq matçlarında şans vermək baxımından faydalı olacaq. Onları əvvəlki qarşılaşmalarda oynada bilməmişik. Oktyabrın 8-də "Mingəçevir"i qəbul edəcəyik. Qarşıdakı oyuna mümkün qədər yaxşı hazırlaşmaq istəyirik".
Qeyd edək ki, 3 oyuna 4 xal toplayan MOİK 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat