
"Belə komandalarla istənilən oyun həyəcanvericidir".
Bu sözləri Fanat.Az-a açıqlamasında oktyabrın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində "Fənərbağça" ilə yoldaşlıq görüşü keçirəcək "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev deyib.
O, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma barədə fikirləırini bölüşüb: "Fənərbağça" ilə üz-üzə gəlmək bütün hallarda, xüsusidir. Hər dəfə bu səviyyədə rəqiblərlə qarşılaşmaq imkanımız olmur. Bizi rəqibin böyük azarkeş ordusu da izləyəcək. Yəni diqqət mərkəzində olacağımızın fərqindəyik. Ən yaxşı oyunlarımızdan birini sərgiləməyə çalışacağıq. "Fənərbağça" ilə matçda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Oyun yoldaşlıq görüşü statusu daşısa da, öz gücümüzü hər kəsə göstərmək istəyirik".
Nihat