
Misli Premyer Liqasının debütantı "Şəfa" çempionatın ilk 6 turunda 3 xal qazanıb və hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub. Bakı təmsilçisinin müdafiəçisi Nihad Quliyevlə əlaqə saxlayıb bu nəticəni qənətbəxş sayıb-saymadığını soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məncə, daha yaxşısını edə bilərdik. Çempionat uzun marafondur. Nəzərə alaq ki, 6 oyunun dördünü Premyer Liqanın iddialılarına qarşı keçirmişik".
"Hepardlar" milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə başa çatandan sonra "SOCAR Polymer Arena"da "Turan Tovuz"u qəbul edəcəklər. Nihad bu matç barədə də gözləntilərini dilə gətirdi: "Turan Tovuz" iddialı komandadır. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblə qarşılaşacağıq. Meydana qələbə üçün çıxacağıq. Əlbəttə, bu görüşdə 1 xal da bizim üçün yaxşı nəticə sayılacaq".
Nihat