14:43 03.12.2017 2267

Oynamağa görə də, oynamamağa görə də cəza…

Etibar Cəbrayıloğlu

Bəzi qələmi göyçəklər yazırdılar ki, Azərbaycan futbolunda hadisə baş vermir. Alın, bu da sizə hadisə. Özü də nə yekəlikdə. Reytinqinə görə Cəbəllütariq çempionatından beş çömçə irəlidə möhkəmlənən bizim Premyer Liqanın qış fasiləsindən əvvəlki son turu ərəfəsində ciddi olay yaşandı. Pulu olmasa da, adı təptəzə olan "Keşlə” iki futbolçusunu qovdu. Sonra səs-soraq yayıldı ki, həmin iki futbolçu - Nizami Hacıyevlə Mirhüseyn Seyidov həbs olunub. Həbs xəbəri hər yana yayılınca bizim hüquq-mühafizə orqanları açıqlama verib bildirdilər ki, adıçəkilən futbolçuları saxlayan olmayıb. Daha sonra AFFA hərəkətə keçdi, iclas çağırıb Nizami Hacıyevlə Mirhüseyn Seyidovun kitabını bağladı. Onlara futbol oynamağı ömürlərinin axırınacan qadağan elədi.

Nə isə vəziyyət lap "Ayə hariya gedersən, ayə” - deyən Vüsalın saçı kimi qarışıqdı. "Keşlə” klubunun rəsmiləri deyir ki, hər iki oyunçu oyun alqı-satqısında iştirak ediblər, bəzi oyunlarda qəsdən zəif oynayıblar. Amma məhz hansı oyunlardakı "oyunlardan” söhbət getdiyi açıqlanmır. Futbolçuların özləri də açıqlamalarında gah nala vururlar, gah mıxa.

Hüquq-mühafizə orqanları da düz-əməlli bir şey demirlər. Bəlkə də deyirlər, başa düşmək olmur. AFFA-nın bu ağır qərarından da heç nə anlaşılmır. Qurum deyir ki, Nizami ilə Mirhüseyn oyunların idman nəticəsinin manipulyasiyasında iştirak ediblər.

Lakin hansı oyunların nəticəsindən söhbət gedir, nə konkret deyən var, nə də fakt ortaya qoyan. AFFA hansı matçlardan şübhələnib, həmin görüşlərin nəticəsi niyə ləğv olunmur? Bu iki futbolçu oynamağa görə cəzalanıblar, yoxsa oynamamağa görə?

Həqiqətən də qarışıq durumdu. Günahkar doğrudanmı elə Nizami ilə Mirhüseyndir? Mən AFFA-nın bir zamanlar Berlində fırlatdığı futbol məktəbinin nizamnaməsini tən yarıya qədər oxumuşam, amma son baş verən hadisələrdən bir şey anlaya bilmirəm, ölkə futbolu ilə maraqlanmayanlar nə etsinlər?

Hələlik məlum olan bircə odur ki, baş verən bu olaydan sonra bizim futbolun imicinə ciddi zərbə dəydi. Onsuz da neçə vaxt idi ki, azarkeşlər, idman mətbuatı çempionatımıza şər-şəbədə qoşurdu. Premyer Liqanın oyunlarına gedənləri barmaqla da saymaq mümkün olurdu. Qış fasiləsindən sonra kimə desən ki, gedək stadionda bizim çempionatın oyunlarına baxaq, durub adamı təhqir etməzmi?

Hələ mən bu gün ya zəlzələdən, ya da vəlvələdən Azərbaycanda topa təpik atan legionerləri demirəm. Sabah ölkələrinə dönən kimi ağızlarını qoyacaqlar köndələnə, müsahibələrində açacaqlar sandığı, tökəcəklər PFL-i… Legionerlər demişkən, onsuz da çempionatımız yerli futbolçu sarıdan korluq çəkirdi. Bu yandan da Nizami və Mirhüseynə oynamaq qadağan olundu. Şəxsən mən yenə də bilmirəm ki, onlara oynamağa görə cəza veriblər, yoxsa oynamamağa görə? Hiss edirəm ki, bu məsələdə tamam başqa söhbət var. Mən biləni bu iki futbolçu komanda yoldaşları Orxan Sadıqlının bir neçə gün öncə keçirilən toy mərasimində ürəklə oynamadıqları üçün belə ağır cəzalanıblar.

Ay Nizi, ay Miri, siz də qəribə adamlarsınız. "Neftçi”yə qarşı oynamırsınız, heç olmasa Orxanın toyunda qol götürüb oynayın da…

Tendensiya.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X