Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə” Malinin gənclər yığmasında çıxış etmiş İbrahima Tandianı baxışa dəvət edib.
"Report”un məlumatına görə, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Fransada doğulub. Son olaraq, bu ölkənin Liqa 2-də "Tur”un formasın geyinmiş Tandia karyerası ərzində "Kan” və İspaniyanın "Alaves” klublarında da çıxış edib.
Tandia daha əvvəl Fransanın U-16 və U-17 yığmalarının da heyətində yer alıb.
Qeyd edək ki, "Zirə” qış fasiləsində İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə) və Tellur Mütəllimovu ("Qəbələ") heyətinə qatıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol