"Kəpəz"in uğursuz oyunları seriyası başa çatıb. Fanat.Az xəbər verir ki, Gəncə klubu 7 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
"Səbail"i 2:1 hesabı ilə yenən gəncəlilər 126 gün sonra qələbə qazanıblar. Belə ki, "Kəpəz" son qələbəsini ötən ilin 28 oktyabrında baş tutan X turun "Keşlə" ilə oyununda qazanıb. Həmin vaxt baş məşqçi Şahin Diniyev idi. Ondan sonra 7 oyunda komanda "Qarabağ"a iki, "Səbail", "Sumqayıt", "Qəbələ", "Neftçi" və "Keşlə"yə bir dəfə uduzub.
"Kəpəz"in baş məşqçisi kimi ilk dəfə qələbəyə sevinən Yunis Hüseynov məşqçi karyerasının 250-ci oyununu uğurla başa vurub. "Kəpəz" həmçinin cari mövsümdə evdə ilk dəfə qələbə qazanıb. Belə ki, bundan əvvəl qələbə qazanılan "Qəbələ" və "Keşlə" matçları, həmçinin "sülh"lə bitən "Neftçi" ilə görüş səfərdə oynanılmışdı.
Fanat.Az