"Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdu. Bu gün nələri var idi, meydanda qoydular. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxdıqdan sonra qol fürsəti yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.
Baş məşqçi komandasının güclü rəqibə minimal hesabla uduzmasını müqavimətlə əlaqələndirib: "Məncə, bizim müqavimətimiz həlledici oldu".
Samire Əliyev gələn mövsüm daha güclü komanda olacaqlarını bildirib: "Rəhbərliklə bu barədə görüşümüz olub. Tam açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, daha yaxşı "Səbail” görəcəksiz. Demirəm, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq daha yaxşı yerlər uğrunda mübarizə aparacaq, daha yaxşı kollektiv formalaşdıracağıq. Bu mövsüm isə əsas məqsədimiz komandanı formalaşdırmaqdı".
Fanat.Az