15:11 28.04.2018 1382

“Qəbələ”yə müqavimət göstərməyə çalışacağıq"

"Səbail”lə oyunumuz gərgin keçdi. Üç futbolçumuz matçın gedişində zədələndi və əvəzlənmək məcburiyyətində qaldı. İkinci hissəyə köklənmək çətin oldu”.

Fanat.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz”in qapıçısı Sergey Litovçenko klubun saytına açıqlamasında deyib.

Ukraynalı qolkiper Topaz Premyer Liqasının XXIV turunda səfərdə "Səbail”ə qarşı keçirdikləri görüş haqda danışıb. O, fasilədən sonra müdafiəyə daha çox diqqət ayırdıqlarını əlavə edib: "Qol buraxmamağa çalışırdıq və buna görə müdafiədə diqqətli oynamalı idik. Odur ki, oyunumuzu müdafiədən qurmuşduq. Amma bu o demək deyil ki, tamamailə arxaya çəkilmişdik. Qol vurmaq üçün imkanlarımız da oldu. Hələ birinci hissədə Dario Frederikonun vurduğu qoldan sonra Şadon Vinçesterin fərqlənmək üçün əla şansı vardı. Belə götürsək, döyüşkən oyun alındı. Təəssüf ki, vacib oyunda qələbə qazana bilmədik. Çempionatda qalan matçlarda yalnız uğurlu nəticələr qazanmalıyıq ki, mövqeyimizi yaxşılaşdıra bilək”.

"Kəpəz” XXV turda səfərdə "Qəbələ” ilə qarşılaşacaq. Litovçenko komandasını çətin sınağın gözlədiyini düşünür: "Bu görüşə hazırlığımız yaxşı keçib. Asan oyun olmayacaq. "Qəbələ”yə müqavimət göstərməyə çalışacağıq. Düzdü, rəqib güclüdür amma onlar indi yaxşı durumda deyillər. Gücümüzü ortaya qoyub xalımızı qazanmalıyıq”.

Yeri gəlmişkən, "Qəbələ”nin heyətində Serqeyin həmyerliləri çıxış edir. Elə rəqibin baş məşqçisi Roman Qrikorçuk da ukraynalıdır: "Bu komandanın uğurları üçün çalışan həmyerlilərimdən xəbərim var. "Neftçi” ilə kubokun cavab oyununda tribunada bəziləri ilə bir yerdə oturub matça baxdım. Münasibətlərimiz normaldır. Ukraynadan kənarda yerlilərimə qarşı çıxış etmək maraqlıdır. Deyərdim ki, ikiqat motivasiya ilə oynamaq üçün tutarlı səbəb var”.

"Çərçivə qoruyucusu” "Kəpəz”in azarkeşlərindən də bəsh edib: "Bu qədər azarkeşin qarşısında oynamaq zövq verir. Tamaşaçı bolluğunu hər bir futbolçu arzulayır. "Kəpəz”də belədir və bu bizim komandanın üstünlüyüdür. Klub üçün azarkeş dəstəyi əsas amildir. Düşünürəm ki, növbəti mövsümdə "Kəpəz” azarkeşlərini daha çox sevindirəcək”.

Litovçenko "sarı-göylər”in çempionatda sonuncu pillədə olmasına baxmayaraq nümayiş etdirdiyi oyunla seçildiyini bildirib: "Hər oyuna uğurlu nəticə qazanmaq istəyi ilə çıxırıq. Amma heç də həmişə alınmır. Qış fasiləsində yeni komanda qurulub, heyət yenilənib. "Kəpəz” uğuru rəqib qapısında axtaran komandadır. Hücum futbolu oynayırıq. Sonuncu yerdə olan klubun belə oynaması xoşdur”. 

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

Facebookdan bizi izləməyi unutmayın.
X